"Yuventus"un yarımmüdafiəçisi "Mançester Yunayted"ə keçə bilər

"Yuventus"un yarımmüdafiəçisi Ueston Makkenni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 

Presssport.az xəbər verir ki, "Mançester Yunayted" amerikalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

 

"Qırmızı şeytanlar"ın yeni baş məşqçisi Maurisio Poçettino ABŞ millisində birgə çalışdığı Makkennini yenidən sərəncamında görmək istəyir. "Mançester Yunayted" 28 yaşlı oyunçu üçün yanvarda İtaliya klubu ilə danışıqlara başlamağı planlaşddırır.

 

Qeyd edək ki, "Yuventus" Ueston Makkennini 2021-ci ilin yayında "Şalke"dən 21 milyon avroya transfer edib. Təcrübəli yarımmüdafiəçi cari mövsümdə Turin təmsilçisinin heyətində 11 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC