"Fənərbaxça" gürcüstanlı vingeri transfer etmək istəyir

"Frozinone"də uğurlu mövsüm keçirən Giorgi Kvernadze karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

 

Presssport.az xəbər verir ki, "Fənərbaxça" gürcüstanlı vingeri transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

 

İstanbul nəhəngi 23 yaşlı futbolçunu yanvarda hheyətinə qatmağa çalışacaq.

 

Qeyd edək ki, "Frozinone" Giorgi Kvernadzeni 2023-cü ilin yayında "Kolxeti"dən 900 min avroya transfer edib. Gürcüstan millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC