Nikola Nanni San-Marino millisinin tarixində bir rəsmi oyunda iki qol vuran ilk futbolçu olub

San-Marino yığmasının hücumçusu Nikola Nanni UEFA Millətlər Liqasında Finlandiya ilə keçirilən matçda (2:7) dubl edərək ölkə futbolunun tarixinə düşüb.

 

Presssport.az San-Marino Futbol Federasiyasına istinadən xəbər verir ki, noyabrın 15-də Helsinkidə baş tutan qarşılaşmada komandanın hər iki qolunu 26 yaşlı forvard vurub.

 

O, 26-cı dəqiqədə təyin edilən penaltini dəqiq yerinə yetirib. N.Nanni digər qolu 76-cı dəqiqədə rəqib qapısından keçirib.

 

Bununla da futbolçu yığmada keçirdiyi 60 görüşdə qollarının sayını 7-yə çatdırıb. O, 8 topla seçmənin ən yaxşı bombardiri olan Endi Selvanın rekorduna yaxınlaşıb. Hücumçu 2026-cı il ərzində 3 dəfə fərqlənib. Bundan əlavə, Helsinkidəki matç San-Marino millisinin tarixində azı iki qol vurduğu cəmi üçüncü görüş olub.

 

Qarşılaşmanın ilk hissəsindən sonra Finlandiya 5:1 hesabı ilə öndə olub. Meydan sahiblərinin heyətində Adrian Svanbek 3, Yoel Pohyanpalo 2, Leo Valta və Daniel Hokans isə hərəyə 1 qol vurublar. N.Nanni fərqi azaltdıqdan iki dəqiqə sonra A.Svanbek het-trikini rəsmiləşdirib.

Qeyd edək ki, N.Nanninin bu nailiyyəti təkcə UEFA Millətlər Liqasına deyil, San-Marino millisinin bütün rəsmi və yoldaşlıq oyunlarına şamil edilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC