"Gəncə" FIBA Avropa Kubokunda Yunanıstan komandasına uduzub

"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunda Yunanıstan təmsilçisi "Kolossos"la qarşılaşıb.

 

Presssport.az-ın məlumatına görə C qrupunun VII turunda rəqibi ilə səfərdə üz-üzə gələn Murat Dikmenin komandası uduzub - 78:79.

 

Matç Falirakidəki "Kalliteya" zalında keçirilib.

 

Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 6 matçın birində qələbə qazanan Azərbaycan təmsilçisi 7 xalla sonuncu - altıncı yerdədir. Komanda həmçinin FIBA Avropa Kubokunda səfərdə Bolqarıstanın "Rilski Sportist" klubu ilə keçirilməli olan oyuna getmədiyinə görə texniki məğlubiyyətlə (0:20) cəzalandırılıb.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC