Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib.
Presssport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda hazırda 1145.18 xalla 124-cü pillədə qərarlaşıb.
Azərbaycan yığması UEFA Millətlər Liqasında Lixtenşteyni (1:0), beynəlxalq yoldaşlıq matçında isə Andorranı (3:1) məğlub edib.
Xatırladaq ki, FIFA reytinqinin ilk sırasında İspaniya (2004.48) seçməsi qərarlaşıb. Argentina millisi (1966.13) ikinci, Fransa komandası (1950.82) üçüncüdür.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC