"Barselona"da Flikin əsas əvəzləyicisi o hesab olunur

İspaniya millisinin sabiq futbolçusu, hazırda “Komo”nu çalışdıran Sesk Fabreqas “Barselona”nın baş məşqçisi postuna gətirilə bilər.

 

Presssport.az “The Touchline”-a istinadən xəbər verir ki, Hans-Diter Flikin komandadan ayrılacağı təqdirdə, Fabreqas onun əsas əvəzləyicisi hesab olunur.

 

İspaniyalı mütəxəssis 2024-cü ilin yayından “Komo”nun baş məşqçisidir. Tərəflər arasındakı hazırkı müqavilənin müddəti 2028-ci il iyunun sonunda başa çatacaq.

 

Flik isə 2024-cü ilin iyulundan “Barselona”ya rəhbərlik edir. Almaniyalı mütəxəssisin Kataloniya klubu ilə müqaviləsinin müddətinin bitməsinə daha iki il var. Onun komandası UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC