Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 73-cü iclasında iştirak ediblər.
Bu barədə Presssport.az-a AMADA-dan məlumat verilib.
Toplantıya qurumun icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb.
Tədbirin gündəliyində CAHAMA-nın 72-ci iclasının hesabatının təsdiqi, 2027-ci ilin mart ayında keçiriləcək sədr və sədr müavini vəzifələrinə seçkilərə hazırlıq, Katibliyin fəaliyyəti, eləcə də WADA ilə əməkdaşlığın aktual məsələləri yer alıb.
Toplantının əsas müzakirə mövzularından biri 24-26 noyabr 2026-cı il tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək WADA-nın İcraiyyə Komitəsi və Təsisçilər Şurasının iclaslarına hazırlıq olub. Avropa dövlətlərinin nümayəndələri qarşıdakı iclasların gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi apararaq, qlobal antidopinq siyasəti üzrə Avropanın əlaqələndirilmiş mövqeyinin formalaşdırılmasını müzakirə ediblər.
İclas çərçivəsində, həmçinin Avropa Şurasının Antidopinq Konvensiyasının müvafiq məşvərət qruplarının və ekspertlərinin təqdimatları dinlənilib, OneVoice təşəbbüsü və CAHAMA-nın mandatının həyata keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib. Açıq sessiyada CAHAMA-nın müşahidəçiləri və iştirakçıları ilə antidopinq sahəsində mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC