"Xilasedici" CEV Çempionlar Liqasında növbəti oyununu keçirib

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.

 

Presssport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin ilk matçında Sloveniyanın "ACH Volley Lyublyana" kollektivini qəbul edib.

 

Fövqəladə Hallar Nazirliyinin idman zalındakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:1.

Tərəflər arasındakı cavab görüşü noyabrın 26-da Lyublyana şəhərində keçiriləcək.

 

Xatırladaq ki, "Xilasedici" II təsnifat mərhələsində Portuqaliyanın "Sportinq" klubunu məğlub edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC