"Mançester Siti" Fransa millisinin qapıçısı üçün 30 milyon avro ödəyə bilər

“Mançester Siti” “Lans”ın qapıçısı Robin Risseri transfer etmək istəyir.

 

Presssport.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” Fransa millisinin ikinci qapıçısı olan futbolçu üçün “Lans”a 30 milyon avro təklif etməyi planlaşdırır. Ancaq Fransa klubu 21 yaşlı qolkiperini 40 milyon avro dəyərində qiymətləndirir.

 

Risserlə İngiltərənin digər top-klubları – “Liverpul” və “Mançester Yunayted” də maraqlanır. Bundan başqa, İtaliya A Seriyasının təmsilçiləri “İnter” və “Yuventus” da onun xidmətində maraqlıdır.

 

Fransalı futbolçu cari mövsümdə bütün turnirlərdə 15 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 31 qol buraxıb və bir dəfə qapısını toxunulmaz saxlaya bilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC