Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında mübarizə aparacaq

Azərbaycanın 4 parataekvondoçusu noyabrın 20-22-də Cənubi Koreyanın Muju şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

 

Bu barədə Presssport.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib.

 

Yarışda ölkəni K44 kateqoriyasında İmaməddin Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) təmsil edəcəklər.

 

İdmançılar mundialda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında çıxış edəcəklər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC