"Bu mövsüm əsas hədəfimiz liqada qalmaqdır"

"Xankəndi" komandasının bu mövsüm hədəfi I Liqada qalmaqdır.

 

Presssport.az-ın Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" klubunun baş məşqçisi Röyal Nəcəfov VII turda qarşılaşdıqları "Karvan-Yevlax" ilə matçdan sonra mətbuat konfransında deyib.

 

Mütəxəssis məğlub olduqları qarşılaşmanı dəyərləndirib:

 

"Oyuna yaxşı hazırlaşmışdıq. Rəqib güclü mübarizə apardı. Bu matçda fərdi səhv edən komanda məğlub olacaqdı. Təəssüf ki, uduzan tərəf olduq. Futbolçularımda günah axtarmıram. "Karvan-Yevlax" ötən mövsüm Premyer Liqada mübarizə aparıb. Heyətimizdə ehtiyat futbolçular azdır. Bu mövsüm əsas hədəfimiz liqada qalmaqdır".

 

Qeyd edək ki, Xankəndi stadionunda keçirilən "Xankəndi" - "Karvan-Yevlax" oyunu qonaq komandanın 2:0 hesablı qələbəsi ilə bitib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC