Azərbaycan Kubokunun 2023/24 mövsümünün finalına yüksələn “Qarabağ” və “Zirə” 2-ci dəfə həlledici görüşdə üz-üzə gələcək.
Presssport.az xəbər verir kİ, bu komandalar 2021/22 mövsümündə də finalda qarşılaşıblar.
Yarımfinalı adlayan bu iki klub kubokun finalında bir dəfədən artıq qarşılaşacaq 6-cı cütdü. İndiyədək 5 duel yenidən finalda təkrarlanıb.
Kubok mövsümünün son matçında “Neftçi” - “Qarabağ” cütü üç dəfə qeydə alınıb. “Neftçi” - “Şəmkir”, “Kəpəz” - “Qarabağ”, “Xəzər Lənkəran” - “İnter”, “Neftçi” - “Qəbələ” matçları iki finala təsadüf edib.
Xatırladaq ki, “Qarabağ”la “Zirə” 2 il əvvəl Qəbələdə qarşılaşıbsa, budəfəki final Mərdəkanda olacaq. Onda ağdamlılar oyunsonrası penaltilər seriyasında (əsas və əlavə vaxt 1:1) qalib gəlmişdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC