“Neftçi”nin 11 yaşadək futbolçulardan ibarət komandası Rusiyada beynəlxalq turnirə qatılacaq.
Presssport.az "Sport-Express" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar" Lev Yaşinin adına "Dinamo" akademiyasının Novoqorskda təşkil edəcəyi yarışa qatılacaq.
Turnirdə 2013-cü il təvəllüdlü oyunçular mübarizə aparacaqlar.
Azərbaycan təmsilçisindən başqa, Rusiyanın "Dinamo", "Spartak", MOİK, "Krasnodar", Belarusun "Dinamo" (Minsk), Qazaxıstanın "Kayrat", Özbəkistanın "Dostluq" komandaları da yarışda iştirak edəcəklər.
Turnir mayın 2-dən 4-dək təşkil olunacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC