“Oyun gərgin keçdi. Fikrimcə, maraqlı alındı. Təəssüflər olsun ki, hər iki matçda məğlub olduq və finala vəsiqə qazana bilmədik. İndi məqsədimiz çempionatı 2-ci yerdə bitirməkdi. Bazar günü “Turan Tovuz”a qarşı oyunumuz var, ona hazırlaşacağıq. İnşallah, meydana qələbə üçün çıxacağıq”.
Presssport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Ağadadaş Salyanski Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan - “Qarabağ”a uduzduqları matçdan (1:4) sonra jurnalistlərə açıqlamasında deyib.
O, ilk dəfə “Neftçi”nin start heyətində yer almasını belə şərh edib: “Baş məşqçimiz bu oyunda mənə güvənib şans verdi. Düşünürəm ki, bu şansdan yaxşı istifadə edə bildim. Təəssüflər olsun ki, qol vurmadım. Amma çalışacam ki, davamını gətirim və gələn oyunlarda özümü daha yaxşı göstərim”.
Salyanski azarkeşlərin “Neftçi”nin oyunlarını boykot etməsi haqda da danışıb: “Düşünürəm ki, dəstəkləsələr, daha yaxşı olar. Bizim üçün də onların dəstəyi ikiqat motivasiyadı. Boykot etsələr də, meydana çıxıb bacardığımızı edirik”.
Ağadadaş sonda özünü əsas heyətə tam hazır saydığını dilə gətirib: “Hər şey məşqçinin qərarından asılıdır. O, nə qərar versə, o da olacaq. Mən isə hər bir halda hazıram”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC