Azərbaycan Kubokunda final görüşünün nominal meydan sahibi müəyyənləşib

Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Presssport.az xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının, finalçısı olan “Qarabağ” və “Zirə”nin nümayəndələri iştirak edib.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Şahid Həsənov, “Zirə” isə icraçı direktor Cahangir Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən, “Qarabağ” nominal meydan sahibi olub.

Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu iyunun 2-də “Liv Bona Dea Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC