Bədii gimnastlarımız Burqasda beynəlxalq turnirdə 5 medal qazanıb

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Bolqarıstanın Burqas şəhərində keçirilən “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində 5 bürünc medal əldə edib.

Pressssport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Səkinəxanım İsmayılzadə həm çoxnövçülük, həm də gürzlər və topla çıxışda bürünc mükafat qazanıb.

Ayan Sadıqova halqa, Dəniz Əsgərova lentlə hərəkətdə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Xatırladaq ki, ümumilikdə 5 bürünc medal qazanan yığmamız komanda hesabında 3-cü yeri tutub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC