Bu gün “Göyəzən” çıxış etdiyi Region Liqasında Qərb və Şimal-Qərb zonasında VI turun oyununu keçirib. Presssport.az xəbər verir ki, Qazax klubu səfərdə "Balakən"i böyük hesabla məğlub edib - 5:2.
Bununla da Elxan Muradovun komandası cari çempionatda ardıcıl 5-ci qələbəni qazanıb. “Göyəzən” 6 turdan sonra 15 xalla öz zonaısnda vahid liderdi.
Onu da bildirək ki, “Göyəzən” bu qələbəni bu gün vəfat edən prezidenti Mehdi Salmanovun xatirəsinə həsr edib.
Xatırladaq ki, adıçəkilən klubun təsisçisi də olan Salmanov uzun sürən xəstəlikdən sonra bu gün 70 yaşında dünyasını dəyişib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC