"Kəpəz"in Tovuza qayıtması öz aktuallığında qalır"

“Tovuzda oynayası olmamağımızda əsas məsələ orda işıq dirəyinin yıxılmasıyla bağlıdı. Daha öncədən dediyimiz kimi, ”Turan Tovuz" rəhbərliyinə öz təşəkkürümüzü bildiririk ki, bizə davamlı olaraq stadiondan istifadə etmək üçün bütün şəraiti yaratmışdılar. Sadəcə, indi imkan, şərait olmadığına görə məcburən Qəbələyə köçdük". Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

Məlumdu ki, Gəncə şəhər stadionu əsaslı təmirə bağlanandan sonra yerli komanda rəqiblərini Tovuz şəhər stadionunda qəbul etdi. Amma orda keçən ilin son matçında projektor aşandan sonra yenidənqurma işlərinə başlanıılıb. “Kəpəz” isə bu il hələ ki ev matçlarını Qəbələ şəhər stadionunda keçirəcək. Şükürov buna görə "Qəbələ" rəhbərliyinə təşəkkürünü çatdırıb ki, bu vəziyyətə onlara isti münasibət göstərərək “yox” deməyib: “Tovuza qayıtmağımız məsələsi isə aktualdı, öz aktuallığında qalır. Belə bir imkan olsa, inşallah, ola bilər ki, Tovuza qayıdarıq”.

Maraqlıdı, "Kəpəz"in baş məşqçisi üçün rəqibləri Tovuzda qəbul etmək daha rahatdı, yoxsa Qəbələdə?: "Sözsüz ki, təbii otda məşq elədiyimiz üçün bizə daha rahat olan təbii ot örtüklü meydançadı. Qəbələ bu sarıdan bizə münasibdi. Amma yol baxımıdan təbii kİ, istəyərdik məsafə daha az olan yerdə oynayaq. Bu cəhətdən isə bizə Tovuz uyğun gəlir. Biri var 2 saat yol gəlirik. Biir də var ki, oyun günü rahat, elə bil Bakıdan Sumqayıta gedirik, eyni qaydada oyunumzu oynayıb qayıdırıq evə".

Xatırladaq ki, “Kəpəzin” bu ilk matçı bu gün Qəbələdə "Turan Tovuz"la Qərb derbisi olacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC