Minifutbol yığmamız beynəlxalq turnirə məğlubiyyətlə başladı

Monteneqroda təlim-məşq toplanışında olan minifutbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq turnirdə matça çıxıb.

Presssport.a xəbər verir ki, aprelin 24-dən sözügedən ölkədə hazırlıqda olan Elşad Quliyevin komandası ilk oyununu Rumıniya yığmasına qarşı keçirib.

Bakı vaxtı ilə 18.00-da başlayan matçda millimiz son dəqiqələrdə buraxdığı qolla uduzub - 0:1.

Minifutbol komandamız sabah Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Xatırladaq ki, turnirdə Bosniya və Herseqovina ilə Rumıniyadan başqa, Serbiya, Monteneqro və Albaniya milliləri də iştirak edir. Yarış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq. Yarışın mükafatları uğrunda 24 komanda mübarizə aparacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC