Futzal üzrə növbəti mövsümə yekun vurulub - mükafatlar təqdim olunub

Bu gün Yüksək Liqada XX turun oyunları keçirilib.

Presssport.az xəbər verir ki, “Record club” yarışdan kənarlaşdırıldığına görə “Baku Fire” 3 xalı meydana çıxmadan qazanıb. “Neftçi” bu dəfə meydana legionerlərsiz çıxıb və mövsümə qələbə ilə yekun vurub. 

Yüksək Liqada mövsümün son matçında isə “Araz-Naxçıvan” və U-19 üz-üzə gəlib. Son çempionun qələbə qazanacağı gözlənilən idi. “CBC Sport”la canlı yayımlanan matçda sensasiya baş verməyib.

Bununla da Yüksək Liqada 2023-24-cü il mövsümüə yekun vurulub. Son oyundan sonra komandalara mükafatlar təqdim olunub. Əvvəlcə matçın hakim-inspektoru Murad Məmmədov və referilər - Elgün Hüseynov, Mahir Məmmədov və Rza Məmmədov Səhnəyə dəvət olunub. Vitali Borisova ən yaxşı baş məşqçi, 57 qol vuran “Neftçi”nin üzvü Reza Abgouna isə ən məhsular oyunçu nominasiyası üzrə mükafat təqdim edilib. “Neftçi”yə bürünc, “Baku Fire”ə gümüş, “Araz-Naxçıvan”a isə qızıl medallar və çempionluq kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov və AFFA-nın baş katibinin müavini Kamran Vəliyev təqdim ediblər.

2 may (cümə axşamı)
“Neftçi” İK – “Yasamal Bakı” (6:2) - 15:6

2 may. Bakı İdman Sarayı. Saat 11:45

Hakimlər: Hacıəli Ağayev, Vüsal Balaşov, Ceyhun Hüseynov

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Vahib Xocayev, 0:21, 35:32, Ülvi Əliyev, 4:42, 12:16, 24:05, 38:14, Fərid Atakişiyev, 6:11, Şahbaz Həndəmli, 18:48, 19:50, 27:54, 32:12, 33:51, Nüsrət Fərzəli, 27:35, 31:15, Mirzə Əmirov, 36:50 // Əsgər Abasov, 8:05, 31:54, Tofiq Məlikov, 8:21, 30:02, Mirəhməd Məmmədov, 20:46, Murad Ələkbərli, 26:58

Sarı vərəqələr: Ülvi Əliyev, 18:16, Vahib Xocayev, 22:46

“Neftçi” İK:

1. Zaur Sultanov (q), 4. Fərid Atakişiyev, 6. Mirzə Əmirov, 8. Ülvi Əliyev, 9. Vahib Xocayev, 16. Tərlan İmamverdiyev (q), 13. Əjdər Əjdərov (k), 3. Şahbaz Həndəmli, 5. Nüsrət Fərzəli

Baş məşqçi: İlkin Hacıyev

“Yasamal Bakı”:

1. Ayxan Məmmədov (q), 18. Adil İsmayılov (k), 7. Əsgər Abasov, 8. Mirəhməd Məmmədov, 99. Tofiq Məlikov, 12. Hüseyn Abtalıbov (q), 17. Murad Ələkbərli, 21. Behroz Jafari, 88. Nadir Babayev, 98. Ayxan Cəfərzadə, Emin Kərimov

 “Araz-Naxçıvan” – U-19 (3:0) - 8:0

2 may. Bakı İdman Sarayı. Saat 14:00

Hakimlər: Elgün Hüseynov, Mahir Məmmədov, Rza Məmmədov

Hakim-inspektor: Murad Məmmədov

Qollar: Həsənəli Rəhimov, 7:38, Xəzər Ağalızadə, 14:00, Miloş Todoriç, 18:34, 25:30, Novruz Kazıxanov, 23:05, 28:27, 29:25, Emil Həsənzadə, 31:43

Sarı vərəqələr: Rəvan Məşiyev, 23:49

Qırmızı vərəqə: Rəvan Məşiyev, 29:56 (ikinci sarı)

 

“Araz-Naxçıvan”

1. Emin Kürdov (q, k), 3. Məhəmməd Abbasov, 9. Emil Həsənzadə, 10. Miloş Todoriç, 14. Xəzər Ağalızadə, 12. Azər Fərmanov (q), 7. Lukas Romao, 8. Andre Junior, 11. Həsənəli Rəhimov, 13. Novruz Kazıxanov, 15. Diaqo Auqusto, 18. Tofiq Hüseynov, 19. Vladislav Reznov, 20. Amadeu

Baş məşqçi: Vitali Borisov

U-19:

12. Hüseyn Əbdülov (q, k), 3. Qüdrət Qasımzadə, 7. İlham Alıyev, 10. Rüfət Məmmədli, 11. Bəyoğlan Vəlizadə, 1. Hüseyn Hüseynov (q), 2. Sunay Həsənov, 4. Əli Axundov, 5. Rəvan Məşiyev, 6. Oqtay Mahmudzadə, 8. Hüseyn Cəfərzadə, 9. Pünhan Qasımzadə, 13. Ümid Qəhrəmanov, 14. Hüseyn Məmmədli

Baş məşqçi: İlqar Aslanov  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC