Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycan komandası daha bir medal qazanıb.
Presssport.az xəbər verir ki, Qiyas Əhmədov - Vacib Babayev (2008-2009 təvəllüdlü) cütlüyü bürünc medala sahib çıxıb.
Onlar 500 metr məsafəyə kayak yarışında 3-cü olub.
Bu, Azərbaycan təmsilçilərinin 4-cü mükafatıdı. Millimizin üzvləri daha əvvəl qızıl, gümüş və bürünc medala yiyələnib.
Xatırladaq ki, turnir mayın 3-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC