Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.
Presssport.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 2022-ci ildə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, bu yaş qrupu üzrə qitə birinciliyinə ölkəmiz ev sahibliyi edəcək.
32 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarış mayın 20-dən 26-dək Bakı İdman Sarayında baş tutacaq.
Proqrama əsasən, çempionata yunan-Roma güləşçiləri start verəcəklər. Onlar estafeti qadın güləşçilərə ötürəcək. Yarışa sərbəst güləşçilər yekun vuracaq.
Görüşlər hər gün saat 10:30-da start götürəcək. Avropa çempionatının təntənəli açılış mərasimi mayın 20-də, saat 17:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC