Millimizin futbolçusu Rahil Məmmədovun formasını geyindiyi LKS Polşa Ekstraklasasında növbəti oyununu keçirib.
Presssport.az xəbər verir ki, Lodz təmsilçisi XXXI turda "Şlask"ı qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Rahil Məmmədov 90 dəqiqə oynayıb.
Bu nəticədən sonra LKS növbəti mövsüm aşağı liqada mübarizə aparacağı dəqiqləşib. Komanda sona 3 tur qalmış 21 xalla sonuncu - 18-ci pillədə qərarlaşır və 15-ci yerdə olan "Puşa"dan 12 xal geri qalır.
Xatırladaq ki, 29 yaşlı Məmmədov LKS-ə bu ilin qışında “Qarabağ”dan keçərək 2025-ci ilin iyununa kimi müqavilə imzalayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC