Futbolun İnkişaf Fondunun (FİF) təşkilatçılığı ilə “Kəpəz” Futbol Akademiyasında Strateji inkişaf seminarı keçirilib.
Presssport.az xəbər verir ki, tədbirdə “Kəpəz”, “Turan Tovuz”, “Mingəçevir”, “Karvan”, “Göygöl” və “Ağdaş” futbol klublarının nümayəndələri iştirak edib.
Fondun Himayəçilər Şurasının üzvü Sona Abbasovanın mentorluğu ilə baş tutan seminara özəl sektordan müvafiq sahənin mütəxəssisləri də cəlb edilib. Həmçinin, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev "AVRO 2020-nin təşkili, maraqlı tərəflərlə kommunikasiya və irs" mövzusunda təqdimatla çıxış edib.
Məlumat üçün bildirək ki, Fond 2024-cü ildə hazırki əməkdaşlıqları qorumaqla Premyer Liqa, I Liqa və II Liqada mübarizə aparan bütün region təmsilçilərinə dəstək göstərməyi qarşısına məqsəd qoyub. Bununla əlaqədar klublar regionlara əsasən dörd qrupa bölünüb və qarşıdakı illər ərzində onlara strateji planlama, marketinq/kommunikasiya və gəlirlər sahələri üzrə dəstək göstəriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC