Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti bəlli olub.
Presssport.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, siyahıda 14 oyunçu yer alıb.
Hücumçular: Marqarita Stepanenko, Anastasiya Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova
Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova
Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Marianna Abuyeva
Liberolar: Yuliya Kərimova, Ceyran İmanova, Sənubər Ələskərova
Baş məşqçi: Faiq Qarayev
Xatırladaq ki, yığmamız mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Xorvatiyada keçiriləcək ilk turda millimizin rəqibləri meydan sahibləri və Slovakiya yığması olacaq.
Mayın 24-dən 26-dək Rumıniyada keçiriləcək ikinci turda isə Azərbaycan meydan sahibi ilə yanaşı, İsveç yığmasıyla görüşəcək.
Üçüncü tur 31 may-2 iyun tarixlərində Azərbaycanda baş tutacaq. Doğma meydanda rəqiblərimiz Estoniya və Avstriya yığmalarıdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC