“Hazırlığa Bakıda start verdik. Məşqlərimiz yaxşı gedir. Sloveniyaya gedərək, orda da yoxlama oyunları nəzərdə tutulub"
Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu milli komandamızın üzvü Marqarita Stepanenko deyib.
Bir müddət əvvəl Macarıstanın "Bekeşçaba" klubundan ayrılan voleybolçumuz Qızıl Avropa Liqasında uğurlu çıxış edəcəklərinə inandığını bildirib: " Komandamıza gənc oyunçular cəlb olunub. Əvvəlki heyətdən 4-5 voleybolçu var. Onlar yaxşı komandalara qarşı oynayıb, təcrübələrini artırmaq imkanı qazanıb. Bu turnir gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdı. Əlbəttə ki, biz də yaxşı nəticələr qazanmaq istəyirik. Düşünürəm ki, Faiq Qarayevin rəhbərliyi ilə hər şey yaxşı olacaq".
Xatırladaq ki, mllimiz Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Xorvatiyaya qarşı keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC