“Bayer” daha bir rekorda imza atıb.
Presssport.az xəbər verir ki, Leverkuzen təmsilçisinin rekordu Avropa Liqasının yarımfinal mərhələsinin "Roma" ilə cavab matçında (2:2) qeydə alınıb.
Belə ki, Xabi Alonsonun komandası 90+7-ci dəqiqədə vurduğu qolla heç-heçə etməklə məğlubiyyətsiz oyunlar seriyasını 49-a çatdırıb.
Bu, Avropa rekordudu. Bundan əvvəl “Benfika” (Portuqaliya) 1963-65-ci illərdə ardıcıl 48 oyunda məğlub olmayıb.
Xatırladaq ki, “Qarabağ”la bu mövsüm Avroliqada həm qrupda, həm pley-offda rəqib olmuş “Bayer” son məğlubiyyətini keçən çempionatın sonuna yaxın alıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC