"Atalanta"nın icraçı direktoru Luka Perkassi komandasının Avropa Liqasının 1/8 final mərhələsindəki potensial rəqiblərindən danışarkən “Qarabağ”la qarşılaşma ehtimalına toxunub. Presssport.az xəbər verir ki, İtaliya mətbuatıma danışan Berqamo klubunun rəsmisi bunları deyib:
"Məndən olsaydı, artıq qarşılaşdığımız komandalardan qaçardım. Yeni rəqiblə qarşılaşmağımızı istərdim. Məsələn, Çexiyanın "Sparta" klubu. Uzaq Azərbaycandan "Qarabağ"la qarşılaşmaq necə olardı? Hər yeni rəqib bizim üçün yaxşıdı".
"Atalanta" Avropa Liqasında 1/8 final mərhələsində rəqibini gözləyir. “Qarabağ” isə fevralın 15-i və 22-də “Braqa” ilə pley-off matçlarına çıxacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC