II Liqada uğurlu mübarizə aparan “Füzuli”nin prezidenti Rauf Quliyev öz istəyi ilə tutduğu vəzidəfən istefa verib.
Presssport.az xbər verir ki, bu haqda klubun mətbuat xidməti “Facebook”dakı rəsmi səhifəsilə məlumat yayıb: "Mövsümün əvvəlindən bu məsuliyyətli vəzifəyə seçilən Rauf Quliyevin rəhbərliyi altında klubda bir çox yeniliklər və layihələr uğurla həyata keçirilib, həmçinin komandanın bir peşəkar klub kimi formalaşması istiqamətində xeyli işlər görülüb.
"Füzuli" Futbol Klubu olaraq, Rauf Quliyevə, bu günə qədər klubumuza göstərdiyi dəstəyə görə təşəkkür edir, gələcək işlərində uğurlar arzulayırıq. Kluba yeni prezidentin seçilməsi ilə əlaqədar daha sonra ətraflı məlumat veriləcək".
Xatırladaq ki, Quliyev keçən yay bu posta gəlmişdi. Hazırda turnir cədvəlində 2-ci olan “Füzuli”nin çempionluq şansları bitməyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC