“Neftçi” Azərbaycan çempionatında nadir təsadüf olunan göstəriciyə imza atıb.
Presssport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXIII turunda “Qarabağ”dan 5 qol buraxan (0:5) Bakı klubu XXXIV turda “Kəpəz”in qapısına eyni sayda qol vurub – 5:1.
Paytaxt təmsilçisi tarixində ilk dəfə 5 və ya daha çox buraxdığı görüşdən sonrakı qarşılaşmada belə məhsuldarlıq göstərib.
Bu ,1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci belə hadisədir. Belə göstəriciyə sonuncu dəfə AZAL nail olub. Paytaxt təmsilçisi 2011/2012 mövsümündə “Neftçi”yə 1:7 hesabı ilə uduzandan sonra “Simurq”a qalib gəlib – 5:1.
“Neftçi” və AZAL-dan başqa daha 3 komanda belə halla üzləşib. “Turan” üç dəfə belə ardıcıllığa nail olub. Tovuzlular 1997/1998 (“Qarabağ” 1:5, “Kür-Nur” 5:1), 1998/1999 (“Bakı fəhləsi” 1:5, “Şahdağ” 8:0) və 2000/2001 (“Neftçi” 1:5, “Araz-Naxçıvan” 7:2) mövsümlərində iki fərqli matçı sıralayıb.
Sumqayıt “Xəzər”i 1999/2000 (“Şəfa” 0:5, “Neftqaz” 5:0), “Qarabağ” 2001/2002 (“Şəmkir” 1:5, “Şahdağ” 6:0) mövsümlərində 5 və ya daha çox qol buraxdığı görüşdən sonra məhsuldarlıq nümayiş etdirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC