AFFA Gənclər Liqasında 2023/24 mövsümü başa çatıb.
Presssport.az xəbər verir ki, 33 turdan ibarət çempionatı 75 xalla birinci pillədə tamamlayan “Sabah” 2024/25 mövsümündə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək.
“Səbail” 65 xalla 2-ci, “Neftçi” 64 xalla 3-cü yeri tutub.
AFFA Gənclər Liqasının ən yaxşı oyunçusu “Sabah”ın futbolçusu Həmzəalı Mikayılov seçilib.
Ən məhsuldar futbolçu isə 33 qolla “Səbail”in üzvü Amir Qəribov olub.
Onu da bildirək ki, AFFA rəsmiləri "Sabah"ı Qəbələdə mükafatlandırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC