Asif Məmmədov “Qəbələ”də 250-ci oyununu keçirib.
Presssport.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXXIV turuna təsadüf edib. Komandanın kapitanı “Sabah”la ev matçında (2:0) meydana sonradan daxil olub.
Asif “Qəbələ” formasında keçirdiyi 250 oyunda 17 qol vurub. O, Premyer Liqada 195 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.
Məmmədov “Qəbələ”nin tarixinə 250 və daha çox oyun keçirən 2-ci futbolçudu. Lider Urfan Abbasovun hesabında 303 matç var.
Asif “Qəbələ”nin heyətində 2007-ci il fevralın 12-də debüt edib. O, “İnter”lə səfər matçında (0:2) şans qazanıb.
2015-ci ilin yayından “Qəbələ”də çıxış edən yarımmüdafiəçi 2006/07 mövsümünün 2-ci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC