“Mayın 17-də mübarizəyə başlayırıq. Klub mövsümü də yeni bitib, bir neçə günlük istirahətdən sonra milli komandanın bazasında toplaşdıq. Qızıl Avropa Liqasında yaxşı oynayıb, uğurlu nəticə qazanmaq istəyirik”.
Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu kişilərdən ibarət milli komandamızın kapitanı Vüqar Bayramov deyib.
“Murov Az Terminal”ın voleybolçusu Qızıl Avropa Liqasında uğurlu çıxış edəcəklərinə inandığını vurğulayıb: "1-ci turun qarşılaşmaları Bakıda olacaq. Rəqiblərimiz Ukrayna və Rumıniya güclü komandalardı. Qarşılaşmalar çətin olacaq. Bu il yığmamızda gənc oyunçular da çoxdur. Əsas voleybolçularımızdan zədəsi olanlar da var. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq və uğurlu nəticə qazanaq"
Xatırladaq ki, milli komandamız Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Rumıniyaya qarşı keçirəcək. Mayın 19-da isə yığmamız Ukrayna ilə qarşılaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC