Millimizin Qazaxıstan yığmasıyla yoldaşlıq görüşünün başlama vaxtı dəyişdirilib

Azərbaycan millisinin Qazaxıstan yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq görüşünün başlama vaxtı dəyişdirilib.

Presssport.az AFFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qarşılaşmanın daha əvvəl saat 20:00-da başlayacağı açıqlanmışdı.

Xatırladaq ki, milli komnadamız iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC