Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb

Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb.

Presssport.az xəbər verir ki, “Füzuli”nin futbolçusu Elvin Nəsibov bir oyunda 7 qol vurub.

O, II Liqanın XXV turunda, "Kürmük Qax"la ev matçında fərqlənib. 

Bu, mövsümün rekordu olsa da, ölkə çempionatları tarixində ilk belə hal deyil. Digər turnirləri nəzərə almasaq, təkcə Premyer Liqada iki futbolçu 7 qol vurmağı bacarıb.

Hər iki oyunçu buna “Kəpəz”in formasında nail olub. Fazil Pərvərov 1993/94 mövsümündə “Avtomobilçi” ilə görüşdə (8:0) 7 dəfə fərqlənib. Üç il sonra - 1996/97 mövsümündə Rövşən Əhmədov “Şəmkir” üzərində 14:2 hesablı qələbədə qolların yarısını vurub.

Xatırladaq ki, "Füzuli" - "Kürmük Qax" qarşılşaması meydan sahiblərinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC