Premyer Liqanın XXXV turu çərçivəsində keçiriləcək "Sabah" - "Sumqayıt" matçı mayın 18-i saat 17:00-da "Bank Respublika Arena"da baş tutacaq.
Presssport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi rəsmi "Facebook" səhifəsiylə Masazırdakı qarşılaşmada onu dəstəkləmək istəyən azarkeşlərinə müraciət edib: "Oyun günü stadionun kassasından 21-ci sektora bilet ala bilərsiniz. Biletlərin qiyməti 1 AZN-di. “12-ci oyunçumuz”u son vacib matçlarda yanımızda görməkdən məmnun olarıq".
Xatırladaq ki, "Sumqayıt" 54 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb və izləyicilərindən olan “Sabah”ı 2 xal qabaqlayır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC