Futzal millimizin səbəti müəyyənləşdi

Mayın 30-da final mərhələsi Riqa və Kaunasda (Latviya və Litvada) keçiriləcək AVRO-2026-nın əsas mərhələsinin püşkü atılacaq.

Presssport.az xəbər verir ki, 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək.

Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq. 

Artıq komandalar UEFA reytinq cədvəlindəki yerlərinə uyğun olaraq səbətlərə bölünüb. Reytinq cədvəlinin 16-cı pilləsində qərarlaşan millimiz 3-cü səbətdə yer alıb və qrupunun ikinci komandası olacaq. Onu da qeyd edək ki, 3-cü səbətdə yer alan komanlar qrup mərhələsində millimizin rəqibi olmayacaqlar. 

1-ci səbət (qrupunun 4-cüsü)

Albaniya, Norveç, Yunanıstan, Türkiyə, Kipr, İsveçrə, Bolqarıstan, Andorra, Malta, Avstriya

2-ci səbət (qrupunun 3-cüsü)

Belarus, Moldova, Belçika, Şimali Makedoniya, Almaniya, İsveç, Monteneqro, Kosovo, İngiltərə, Danimarka

3-cü səbət (qrupunun 2-cisi)

Niderland, İtaliya, Çexiya, Rumıniya, Azərbaycan, Gürcüstan, Slovakiya, Macarıstan, Ermənistan, Bosniya və Herseqovina

4-cü səbət (qrupunun 1-cisi)

Portuqaliya (son qalib), İspaniya, Qazaxıstan, Ukrayna, Xorvatiya, Finlandiya, Fransa, Polşa, Sloveniya, Serbiya

Qeyd: UEFA İcraiyyə Komitəsinin qərarı ilə bu komandalar eyni qrupda yer ala bilməzlər: 
Belarus və Ukrayna, Kosovo və Bosniya və Herseqovina, Kosovo və Serbiya

AVRO-2026-nın oyun günləri: 

Əsas mərhələ: 9-18 dekabr 2024, 27 yanvar – 5 fevral 2025, 3-12 mart 2025, 7-16 aprel 2025.

Pley-off / püşkatma: 15 may  2025

Pley-off / oyunlar: 15-24 sentyabr 2025

Final mərhələsi (Latviya və Litva): 18 yanvar – 8 fevral 2026


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC