Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində finala yüksələn Azərbaycan idmançılarının sayı 7-yə çatıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, yarışın 4-cü günündə 3 çəkidə yarımfinal görüşləri baş tutub.
Həmçinin 1/4 final mərhələsinin qarşılaşmaları başa çatıb və son çəkidə yarımfinalçılar müəyyənləşib.
Yığmamızın 3 üzvü yarımfinala, 7 idmançısı isə finala vəsiqə əldə edib.
Boks Mərkəzində keçirilən ənənəvi turnirin 5-ci günündə 18 görüş keçiriləcək.
1/4 final
60 kq
Vüsal Xəlilov (Azərbaycan) – Elgün Abbaslı (Azərbaycan) 5:0
Haqverdi Həsənov (Azərbaycan) – Turqay Rəhimli (Azərbaycan) 2:3
İslam Tağıyev (Azərbaycan) – Yerdavlet Şomeazakey (Qazaxıstan) 1:4
Akaki Basaria (Gürcüstan) – İslam Yermuhambet (Qazaxıstan) 4:1
63 kq
Kənan Aslanlı (Azərbaycan) – Zəkəriyyə Rəhimov (Azərbaycan) - birinci tam üstünlüklə qalib gəlib
Tamerlan Məmmədov (Azərbaycan) – Matvey Mikulski (Belarus) 1:4
Tahir Rəsulzadə (Azərbaycan) – Bibaris Aşırbay (Qazaxıstan) - ikinci tam üstünlüklə qalib gəlib
Nika Beriya (Gürcüstan) – Sultan Satbay (Qazaxıstan) 5:0
Yarımfinal
52 kq
Bağır Əmirxanlı (Azərbaycan) – Raul Heydərli (Azərbaycan) 5:0
Temirxan Jolmaxan (Qazaxıstan) – Əli Baxışov (Azərbaycan) 0:5
54 kq
Nurmuhammed Aldabergin (Qazaxıstan) – Sübhan Babayev (Azərbaycan) - ikinci tam üstünlüklə qalib gəlib
Giorgi Kilasonia (Gürcüstan) – Umar Madiminov (Qırğızıstan) 5:0
66 kq
Luka Mazanaşvili (Gürcüstan) – Adil Zalov (Azərbaycan) 0:4
Valeh Eyvazlı (Azərbaycan) – Raul Əsədullayev (Azərbaycan) 4:1
+ 80 kq
Məhəmməd Cəfərov (Azərbaycan) – Daniil Koşnev (Belarus) 3:2
Vladislav Samojonov (Qazaxıstan) – Səftər Məmmədzadə (Azərbaycan) 0:5
Xatırladaq ki, turnirə mayın 18-də yekun vurulacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC