"Qarabağ"ın qapıçısı Andrey Lunyov agenti Anton Smirnov ilə əməkdaşlığa son qoyub.
Presssport.az xəbər verir ki, bunu 32 yaşlı futbolçu "Sport-Ekspress" nəşrinə açıqlayıb.
Rusiya millisinin üzvü həmçinin Moskva "Dinamo"sunun maraq dairəsinə düşməsi barədə də danışıb: "Gələcəyimlə bağlı çoxlu şayiələr gəzir. İstənilən qərarlar və şərhlər yalnız mövsüm bitdikdən sonra veriləcək. Eyni zamanda sabiq nümayəndəm Anton Smirnov ilə əməkdaşlığımızın sona çatmasını bildirmək istəyirəm. Ona 3 illik işi üçün ürəkdən təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayıram".
Xatırladaq ki, ötən yay "Qarabağ"a keçən Lunyovun müqaviləsi bu mövsümün sonunda başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC