Bojoviç Musayevin sabiq komandasının çempion olmasına şad olar

"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç bu il "Krasnodar"ın Rusiya Premyer Liqasının qalibi olacağına ümid edir. Presssport.az xəbər verir ki, 56 yaşlı monteneqrolu mütəxəssis bu barədə Rusiya mətbuatına açıqlama verib.

Bojoviç klub prezidenti Sergey Qalitskinin "Krasnodar" üçün çox şey etdiyini vurğulayıb: “O, ilk kubokuna layiq idi. Futbolu sevir. Stadiona, parka, bazaya, akademiyaya, meydançalara və bütün şəraitə pul xərcləyib. Pulunu futbolun və insanların xeyrinə xərcləyənlər yoxdu”.

"Neftçi"nin çalışdırıcısının sözlərinə görə, "Krasnodar" çempion olsa, şad olar: "Onların öz hekayələrini yazmaq vaxtıdı. Amma "Zenit" ciddi rəqibdi, ölkədə bu komandanın birinci yerdə olmasına öyrəşiblər".

Onu da bildirə ki, "Krasnodar" hazırda 38 xalla lider olaraq ən yaxın izləyicisi “Zenit”i 2 xal qabaqlayır. Bu komandanı vaxtilə "Sabah"ın rusiyalı baş məşqçisi Murad Musayev çalışdırıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC