Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Presssport.az xəbər verir ki, idmançımız T13 kateqoriyasında 100 metr məsafəni 11.94 saniyəyə başa vurub.
Vəliyeva bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.
Onu da bildirək ki, bu, 22 yaşlı Paralimpiya çempionunun ümumilikdə 3-cü dünya çempionluğudu. Lamiyə ötən il Parisdə təşkil edilən mundialda 100 və 400 metr məsafələrə qaçış üzrə qızıl medal qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC