Mahir Emreli 2024-cü ildə ilk matçına çıxdı

Xorvatiya çempionatında XXXV turun oyunları keçirilir.

Presssport.az xəbər verir ki, millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” səfərdə autsayderlərdən olan “Slaven”lə qarşılaşıb. 

Ötən tur çempionluğu təmin etmiş Zaqreb təmsilçisi bu matçda 3:2 hesabı ilə qələbə qazanıb.

Bununla da zaqreblilər xalını 81-ə yüksəldib

Emreli də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə Marko Roqu əvəzləyib.

Bu, Mahirin 2024-cü ildə meydana çıxdığı ilk rəsmi matç olub. O, ilin əvvəlində aldığı ağır zədə səbəbindən oyunları buraxmaq məcburiyyətində qalmışdı.

Xatırladaq ki, Emreli bu mövsüm “Dinamo” ilə bütün turnirlərdə 23 oyunda meydana çıxıb, 5 qol vurub, 5 məhsuldar ötürmə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC