"Bayer" çempionatı məğlubiyyətsiz başa vurdu, 2 rekordu təkrarladı

“Bayer" Almaniya Bundesliqasının XXXIV turunun ev oyununda “Auqsburq”u 2:1 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, leverkuzenlilərin qollarını Viktor Bonifas (12-ci dəqiqə) və Robert Andrix (27-ci dəqiqə) vurub. Bununla da Xabi Alonsonun komandasının məğlubiyyətsizlik seriyasını 51 matça çatdırıb.

“Bayer” mövsümü 90 xalla məğlubiyyətsiz başa vurub. Komanda 34 matçda 28 qələbə qazanıb və 6 dəfə heç-heçə edib və tarixində ilk dəfə çempion olub.

Onu da bildirək ki, “Bayer”ədək Almaniya çempionatında cəmi iki komanda məğlub olmamışdı. “Drezdner” bunu 1942/43, Berlin “Dinamo”su isə 1982/83 mövsümündə bacarmışdı.

Bu mövsüm “Bayer”i qarşıda hələ iki final matçı var. Belə ki, leverkuzenlilər mayın 22-də Avropa Liqasında İtaliyanın “Atalanta”ya, 25-də isə Almaniya Kubokunda “Kayzerslautern”ə qarşı keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC