"Dinamo"nun və millimizin futbolçusu Mahir Emreli uzunmuddətli zədədən sonra ilk rəsmi matçında çıxıb.
Presssport.az xəbər verir ki, 27 yaşlı forvard Xorvatiya çempionatının "Slaven"lə səfər matçının 46-cı dəqiqəsində meydana daxil olub. Komandasının 3:2 hesablı qələbəsi ilə başa çatan oyundan sonra Mahir şəxsi “İnstagram” hesabında paylaşım edib: "Uzun müddətdən sonra oyuna çıxıb, qələbə qazanmaq çox xoş duyğulardır. Beş ay sonra meydana çıxmaq məni həyəcanlandırdı. İnanılmaz dəstəyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC