"Hədəflərimiz böyükdü" - millimizin oyunçusu

"Daha yaxşı oynayıb qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bütün rəqiblərimiz güclü komandalardı"

Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu qadınlardan ibarət milli komandamızın üzvü Yana Doroşenko deyib.

Yığmamızın toppaylayıcısı çıxış etdikləri Qızıl Avropa Liqasında ilk turun oyunları ilə bağlı danışıb: “Faiq Qarayevin rəhbərliyi altında Xorvatiya üzərində qələbə qazandıq. Çalışdıq ki, onun bütün tapşırıqlarına əməl edək. Əlbəttə ki, səhvlərimiz də oldu. İkinci matçda hər birimiz sonadək mübarizə aparsaq da, uduzduq. Növbəti görüşlərə hazırlaşırıq. Bu qarşılaşmalar bizim üçün çox mühümdü. Hədəflərimiz böyükdü”.

Xatırladaq ki, millimiz Qızıl Avropa Liqasının I turunun görüşləri çərçivəsində Xorvatiyaya (3:0) qalib gəlib, növbəti görüşdə isə Slovakiyaya məğlub olub - 1:3.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC