Güləşçilərimizdən Bakıdakı Avropa çempionatında 2 qızıl, 2 bürünc medal

Bakıda güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Presssport.az xəbər verir ki, bu gün Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) qızıl medal qazanıb. O, finalda Vitali Yeriomenkona (Moldova) qalib gəlib.

Xasay Həsənli (77 kq) finalda türkiyəli Yüksel Sarıçiçekə tam üstünlüklə - 10:1 qalib gələrək Avropa çempionu olub.

Daha bir yunan-Roma güləşçisi Laçın Vəliyev (87 kq) isə bürünc medal qazanıb. O,  belaruslu İlya Mialeşçikə 4:1 hesabıyla qalib gəlib.

Rəşad Məmmədov isə ukraynalı İvan Stefanskiyə 7:0 hesabıyla qalib gələrək U-23 Avropa çempionatında bürünc medal qazanıb.

Bu gün həmçinin, Nihad Quluzadə (60 kq), Fərahim Mustafayev (67 kq), Murad Əhmədiyev (97 kq) təsnifat, Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) 1/8 final görüşünə çıxıb. Onlardan Quluzadəylə Qurbanov finala qədər irəliləyib. 

Final qarşılaşmaları sabah keçiriləcək. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC