Adı millimizlə hallanan məşqçinin yeni iş yeri bəlli oldu

Türkiyə millisinin sabiq baş məşqçisi Ştefan Kuntsun yeni iş yeri bəlli olub.

Presssport.az xəbər verir ki, 61 yaşlı almaniyalı mütəxəssis "Hamburq"un idman direktoru təyin edilib.

Bu barədə II Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. 

Kunts Yonas Boldtun əvəzinə əvəzinə bu posta təyin edilib. O, daha əvvəl "Bohum"da da eyni vəzifəni icra edib, 

Xatırladaq ki, Kuntsun adı baş məşqçi postu boş olan millimiz ətrafında hallanırdı. O, ötən ilin sentyabrında Türkiyə millisindən istefaya göndərilib, daha əvvəllər isə Almaniyanın U-21 və Olimpiya yığmalarını da çalışdırıb. 


 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC