Mikayıl Cabbarov Avropa çempionlarını təbrik edib

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Azərbaycanın yunan-Roma güləşçilərini Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olması münasibətilə təbrik edib.

Presssport.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb: “Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçirilir. Bu gün başa çatan yunan-Roma güləşi üzrə yarışda millimiz komanda hesabında ilk dəfə Avropa çempionu oldu. Milli komandamızın üzvləri Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazandı. Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram”.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC