Macarıstanın paytaxtı Budapeştdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında milli komandamızın gənc fərdi gimnastları komanda hesabında bürünc medal qazanıb.
Presssport.az xəbər verir ki, topla çıxışda İlahə Bahadirova (29,850) 3-cü, lentlə yarışda Şəms Ağahüseynova (29,000) 4-cü, halqa ilə Gövhər İbrahimova (30,050) 6-cı, gürzlə çıxışda isə Fidan Qurbanlı (28,500) Avropa çempionatını 7-ci pillədə başa vurub.
Nəticədə yığmamız komanda hesabına 3-cü yeri tutub.
Turnirə mayın 26-da yekun vurulacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC