“Atalanta"nı təbrik etməliyik, onlar daha yaxşı idi. Öz oyunumuzu göstərə bilmədik, çox gərgin idik. Futbolçuların əhval-ruhiyyəsi yaxşı olsa da, problemlərimiz vardı. Qol epizodları yarada bilmədik”.
Presssport.az xəbər verir ki, bu sözləri "Bayer"in baş məşqçisi Xabi Alonso Avroliqanın finalında "Atalanta"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Almaniyalı mütəxəssis 51 matçlıq məğlubiyyətsizlik seriyalarının qırılması ilə bağlı danışaraq,finalda qalib gəlmək üçün əla şanslarının olduğunu və bunun üçün əllərindən gələni etdiklərini vuröulayıb: "Amma işlər planlaşdırıldığı kimi getmədi. Ən yaxşı səviyyəmizi göstərmədik - hamı, o cümlədən mən. Məğlubiyyətə necə reaksiya verəcəyimiz çətin olacaq. Bundan müsbət mənada istifadə etməliyik. Əldə etdiyimiz seriya müstəsnadı və fəxr edəcəyimiz bir şey var. Bu məğlubiyyətdən dərs çıxaracağıq".
Xatırladaq ki, Bundesliqanın qalibi olan Leverkuzen klubu bu mövsüm bu turnirləri nəzərə alsaq, ilk dəfə yenilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC